Accessibility links

Hillari Klinton ABŞ-ın Pakistana “yardım bünövrəsi” qoymaq məramında olduğunu deyib


Hillari Klinton ABŞ-ın Pakistana “yardım bünövrəsi” qoymaq məramında olduğunu deyib
Hillari Klinton ABŞ-ın Pakistana “yardım bünövrəsi” qoymaq məramında olduğunu deyib

Dövlət katibi ABŞ-ın Pakistan üçün hazırladığı yeni inkişaf layihəsini açıqlayıb

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton ölkəsinin Pakistanla tərəfdaşlığı gücləndirməyə hazır olduğunu bildirib. Bu gün Paksitanda verdiyi mətbuat konfransında xanım Klinton Pakistan xalqının sülh və əmin-amanlıq içərisində yaşaması üçün Birləşmiş Ştatların Pakistana “yardım bünövrəsi” qoymaq məramında olduğunu deyib. Birləşmiş Ştatların dövlət katibi bu gün eləcə də su, enerji və səhiyyə kimi sahələrə yardım məqsədilə ABŞ-ın Pakistan üçün hazırladığı yeni inkişaf layihəsini açıqlayıb. Xanım Klinton su məsələsinin əvvəlcə planda olmadığını, bunun Pakistan xalqı ilə görüşündən sonra layihəyə salındığını bildirib.

Vaşinqtonun Pakistana 7,5 milyard dollarlıq yardım paketi təkcə hökumətin Taliban və Əl-Qaidə yaraqlılarına qarşı mübarizəsi üçün deyil, həm də pakistanlıların həyat tərzinin yaxşılaşdırması üçün nəzərdə tutulur.

XS
SM
MD
LG