Accessibility links

Hillari Klinton: ABŞ İŞİD-ə qarşı mübarizənin önündə getməlidir [Video]


Hillari Klinton: ABŞ İŞİD-ə qarşı mübarizənin önündə getməlidir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Hillari Klinton: ABŞ İŞİD-ə qarşı mübarizənin önündə getməlidir

Klinton İraq və Suriyada əlavə ABŞ Xüsusi Qüvvələrinin yerləşdirilməsini istəsə də, Amerika qoşunlarının orada böyük mövcudluğunun əleyhinə olduğunu deyib.

Prezidentliyə Demokrat namizəd Hillari Klinton İslam Dövləti təhülkəsinə qarşı mübarizə strategiyasını açıqlayıb. Klinton deyib ki, Birləşmiş Ştatlar aparıcı rol oynamalıdır, amma ərəb ölkələri də Parisdə həyata keçirilən terror hücumlarından sonra daha çox hərbi müdaxilə etməlidir. Prezidentliyə bir sıra digər namizəd də son günlər ərzində milli təhlükəsizlik məsələsinə toxunub.

Müsəlmanlara qarşı disriminaisya etmək, suriyalı qaçqınların üzünə qapını bağlamaq – biz bu deyilik

Cümə axşamı Nyu-Yorkda çıxış edən Hillari Klinton deyib ki, İslam Dövlətini çökdürmək üçün Birləşmiş Ştatlar qrupa qarşı mübarizəsini intensivləşdirməlidir.

“Bu daha çox müttəfiqin iştirakı ilə daha effektiv və sıx koalisiya hava hücumları, eləcə də daha geniş hədəf zonasının olmasını tələb edir.”

Klinton İraq və Suriyada əlavə ABŞ Xüsusi Qüvvələrinin yerləşdirilməsini istəsə də, Amerika qoşunlarının orada böyük mövcudluğunun əleyhinə olduğunu deyib.

Klinton suriyalı qaçqınların Birləşmiş Ştatlara gəlməsinin qarşısını almaq istəyən Respublikaçı namizədlərlə razılaşmır.

Prezidentliyə Demokrat namizəd Hillari Klinton
Prezidentliyə Demokrat namizəd Hillari Klinton

“Müsəlmanlara qarşı disriminaisya etmək, suriyalı qaçqınların üzünə qapını bağlamaq – biz bu deyilik!”

Massaçusetsdə seçki mitinqində çıxış edən Donald Tramp isə fəqrli fikirlər səsləndirib.

“Bizim prezient deyir ki, İŞİD təcrid olunub, o, İŞİD-i təcrid edib. Amma onun təcrid etdiyi yeganə şey bizik. Biz təcrid olunmuşuq çünki rəhəbərliyimz yoxdur.”

Paris hücumları prezientliyə namizədlərin diqqətini milli təhlükəsizlik məsələsinə və İslam Dövləti qrupuna qarşı mübarizə yollarına yönəldib.

Respublikaçı Ceb Buş İraqa daha çox ABŞ quru qoşunu göndərəcəyini deyir.

“Ən başlıcası biz İraqa yenidən daxil olmalıyıq və ordumuzu İraq ordusu ilə bütövləşdirməliyik. Bu isə mübariz kürd Peşmərgə ordusunun birbaşa dəstəyini tələb edir ki, biz kürdlərin bizim tərəfimizdə olduğunu göstərək.”

ABŞ quru qoşunlarının bu ölkələrə göndərilməsi reallığa ziddir, çünki onsuz da bizim qüvvələr artıq o ölkələrə hərbi müdaxilə edib.
Entoni Kordsman

Digər Respublikaçı namizəd Ohayo qubernatoru Con Kasiç də quru qoşunların göndərilməsinin tərəfdarıdır, amma dəqiq rəqəm açıqlamır.

“Mən İŞİD-lə başqa mübarizə yolu görmürəm. Nə qədər əsgəri qüvvə göndərilməlidir sualına isə mülki və hərbi ekspertlər cavab verə bilər.”

Təhlilçi Entoni Kordsman quru qoşun göndərilməsinin problemlər yarada biləcəyini deyir.

“ABŞ quru qoşunlarının bu ölkələrə göndərilməsi reallığa ziddir, çünki onsuz da bizim qüvvələr artıq o ölkələrə hərbi müdaxilə edib. Eləcə də dərhal quru qoşunları səfərbər etmək fikri də reallığa yaxın deyil.”

Son rəy sorğuları amerikalıların terroçulara qarşı mübarizə aparmağa iddialı olduqlarını göstərsə də, İraq və ya Suriyaya quru qüvvələr göndərilməsinə tərəddüdlə yanaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG