Accessibility links

Hillari Klinton: Azərbaycanın iqtisadi tərəqqi və siyasi islahatlar yolunda irəliləyəcəyindən əminəm


Clinton, Aliyev
Clinton, Aliyev

Azərbaycana ilk səfəri zamanı ABŞ dövlət katibi Hillari Klinton ölkələr arasındakı 20 illik münasibətlərin hökumətlər, bizneslər və xalqlar arasında möhkəm əlaqələr yaratdığını bildirib. Xanım Klinton Azərbaycan səfəri zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. O, müzakirələrin təhlükəsizlik, energetika və demokratik islahatlara həsr edildiyini bildirib.

Dövlət katibi Azərbaycan rəhbərliyinə Əfqanıstan, İraq, Kosovo münaqişələrində, xüsisilə də Əfqanıstana təchizat daşınmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Xanım Klinton son zamanlar Azərbaycan-Ermənistan sərhəd zonalarında baş verən ölüm hallarına görə təəssüfünü dilə gitirib. ABŞ dövlət katibi tərəfləri sülhün bərqərar edilməsi istiqamətində irəliləməyə çağırıb.

O deyib ki, Amerika və Azərbaycan enerji təhlükəsizliyi sahəsində sıx əməkdalıq edir. Hillari Klinton Azərbaycanın neft və qaz təminatı sahəsindəki aparıcı rolunu yüksək qiymətləndirərək, Avropanın neftlə təmin edilməsində cənub marşrutunun yaradılması səylərini alqışlayıb.

Xanım Klinton vətəndaş cəmiyyətinin gücləndirilməsi və demokratik islahatların vacibliyini vurğulayıb.

O, səfəri zamanı yenicə həbsdən azad edilən Bəxtiyar Hacıyevin və vətəndaş cəmiyyətinin digər üzvlərinin işlərini davam etdirəcəyindən əmin olduğunu deyib. “Biz inanırıq ki, 21-ci əsrdə çiçəklənən ölkələr qanunun aliliyi, mətbuat azadlığı, ifadə azadlığı və digər universal hüquqlara riayət edən ölkələr olacaq. Mən Azərbaycanın iqtisadi tərəqqi və siyasi islahatlar yolunda irəliləyəcindən əminəm”-deyə ABŞ dövlət katibi Hillari Klinton bildirib

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG