Accessibility links

Hillari Klintonun siyasi kampaniyası və Benqazi dinləmələri


Hillari Klinton Nümayəndələr Palatasının Benqazi Komitəsində ifadə verir
Hillari Klinton Nümayəndələr Palatasının Benqazi Komitəsində ifadə verir

Birləşmiş Ştatlar prezidentliyinə demokrat namizəd Hillari Klinton 2012-ci ildə Liviyada Benqazidə dörd Amerika diplomatının qətlə yetirildiyi terror hücumu ilə bağlı Konqres qarşısında ifadə verir. Hillari Klinton o zaman ABŞ Dövlət katibi vəzifəsində çalışırdı. Benqazi hadisələri ilə bağlı Konqres dinləmələri onun Ağ Evlə bağlı ümidlərinə təsir göstərə bilər.

Respublikaçı qanunvericilər keçmiş dövlət katibi Hillari Klinton qarşısında ABŞ səfiri Kris Stivens də daxil olmaqla dörd amerikalının ölümülə nəticələnmiş terror hücumları ilə bağlı ağır suallar qoyur.

Lakin Klinton respublikaçıların Benqazi komitəsində şərhlərini onu siyasi baxımdan hədəf almaq cəhdi kimi dəyərlənidirir.

”Bu komitə əslində Respublikaçıların Milli Komitəsinin bir qoludur. Bu, Nümayəndələr Palatasında əksəriyyətin lideri Kevin Makkartinin etiraf etdiyi kimi, mənim sorğuda göstəricilərimi təəccüblü də olsa azaltmaq məqsədilə bir partiyanın istəfadə etdiyi vasitədir və onlar bunu etməyə cəhd göstərir. “-Hİllari Klinton

Hillari Klinton: “Hamı fikirləşir ki, Hillari Klinton məğlubedilməzdir, elə deyilmi? Amma biz xüsusi Benqazi komitəsi yaradırıq. İndi gəlin bu gün sorğularda rəqəmlərə baxaq.”

Bu yaxınlarda demokrat namizədlərin debatları zamanı Hilllari Klinton komitə ilə bağlı tənqidi fikirlərini səsləndirdi:”Bu komitə əslində Respublikaçıların Milli Komitəsinin bir qoludur. Bu, Nümayəndələr Palatasında əksəriyyətin lideri Kevin Makkartinin etiraf etdiyi kimi, mənim sorğuda göstəricilərimi təəccüblü də olsa azaltmaq məqsədilə bir partiyanın istəfadə etdiyi vasitədir və onlar bunu etməyə cəhd göstərir. “

Komitənin sədri Trey Qoudi dinləmələrin böyük diqqət cəlb etdiyini deyir: “Mən respublikaçı həmkarlarım və dostlarıma dedim ki, heç nə bilmədiyiz şeylər haqqında danışmayın.”

Spiker Con Beyner isə bildirib ki, təhqiqatın məqsədi siyasət deyil, həqiqəti araşdırmaqddan ibarətdir: “Benqazi komitəsi Liviyada dörd amerikalının həlak olduğu terror hücumundan əvvəl, hücum zamanı və ondan sonra baş verənləri araşdırır. Amerika xalqı nə baş verdiyi haqda həqiqətə öyrənməlidir, vəssalam.”

Klintonun opponentlərinin yaydığı reklamların birində deyilir, “Əziz Hillari Klinton, sizdən soruşuram, nə üçün Benqazidə yardım çağırışlarına cavam vermədiniz?”

“Benqazi komitəsi Liviyada dörd amerikalının həlak olduğu terror hücumundan əvvəl, hücum zamanı və ondan sonra baş verənləri araşdırır. Amerika xalqı nə baş verdiyi haqda həqiqətə öyrənməlidir, vəssalam.”-spiker Con Beyner

Klinton 2013-cü ildə Senatda respublikaçıların tənqidlərinə cavab verərək mövqeyini ifadə etmişdi: “Fakt budur ki, dörd amerikalı həyatını itirib. Bu etiraz nümayişi nəticəsindəmi, yoxsa amerikalıları öldürmək qərarı verən kiminsə axşam küçəyə çıxması nəticəsindəmi baş verib? İndiki məqamda bunun nə fərqi var?"

Respublikaçı strateq Ford Okonnelin fikrincə, siyasi baxımdan bu ,Klinton üçün böyük əhəmiyyət daşıyır: “Dinləmənin necə nəticələnəcəyindən asılı olmayaraq, onun keçirilməsi Hillari Klintona zərər vura bilər.”

Lakin təhlilçi Con Fortiyerin fikrincə, Klinton sarsılmaz olaraq qalır: “Mənə elə gəlir ki, Hillari Klinton haqda yaranmış təsəvvürü dəyişmək çətindir. Onu yaxşı tanıyırlar, amma bunun üstünlükləri və çatışmazlıqları var. O bunları özündə birləşdirib və onu yaxşı tanıyan və onu sevməyən insanlar var. Amma onun çox güclü tərəfdarları da var.“

Hillari Klinton demokratların debatında yüksək rəylər qazanıb və ölkə boyu soğularda onun əsas rəqibi olan Berni Snadersdən irəli gedir.

XS
SM
MD
LG