Cümə axşamı prezidentliyə Demokrat namizəd Hillari Klinton seçiciləri qorxu siyasətinə təslim olmamağa çağırıb. O, noyabr ayında seçilsə ölkəni birləşdirərək irəliyə aparacağını vəd edib. Klinton Filadelfiyada keçirilən milli qurultayda Demokratlar partiyasının nominasiyasını rəsmi olaraq qəbul edib.
O adamı ki, bir tvitlə qızışdırmaq olar, biz ona nüvə silahları ilə etibar edə bilmərik.Hillari Klinton
Demokratların Milli Qurultayının son gecəsində nümayəndələr bayram edib, tarixi anı qeyd edirdilər.
Açılışda ABŞ-ın 42-ci prezidentinin qızı Çelsi Klinton 45-ci prezident olmağa iddialı anasını təqdim etdi.
“Mən mübariz və bizim br araya gəlib, birlikdə işləyərək daha yaxşı işlər görə biləcəyimizə inanan döyüşçüyə səs verəcəm,” deyə o bildirib.
Amerikanın qurucu ataları tərəfindən məşhurlaşdırılan Filadelfiya şəhərində Hillari Klinton əsas siyasi partiyadan prezidentliyə nominasiya alan ilk qadın olaraq tarix yazmış oldu.
“Dostlar, mən təvazökarlıq, qətiyyət və hədsiz inam hissi ilə Birləşmiş Ştatlar prezidentliyinə nominasiyanızı qəbul edirəm,” deyə xanım Klinton bildirib.
Qarşıdan onu gözləyən çətin seçki kampaniyasını nəzərə alan Klinton çıxışında noyabr ayında seçkidə rəqibi olacaq Respublikaçı namizəd Donald Trampı hədəf alıb.
“Trampı Oval Ofisdə real böhranla üzləşdiyini təsəvvür edin. O adamı ki, bir tvitlə qızışdırmaq olar, biz ona nüvə silahları ilə etibar edə bilmərik,” deyə Klinton bildirib.
Klinton noyabrda seçilsə diqqətini iş yerləri yaratmaq və iqtisadiyyatı inkişaf etdirməyə yönəldəcəyinə və milli birlik üzərində işləyəcəyinə söz verdi.
“Əziz amerikalı həmvətənlərim, gəlin birlikdə güclənək. Gələcəyə cəsarət və etimadla baxaq. Övladlarımız və sevimli vətənimiz üçün daha yaxşı gələcək quraq. Bunu etdiyimizdə, Amerika əvvəlkindən də möhtəşəm olacaq. Çox sağ olun. Tanrı Birləşmiş Ştatları qorusun!” deyə Hillari Klinton çıxışını yekunlaşdırıb.
Əziz amerikalı həmvətənlərim, gəlin birlikdə güclənək. Gələcəyə cəsarət və etimadla baxaq. Övladlarımız və sevimli vətənimiz üçün daha yaxşı gələcək quraq. Bunu etdiyimizdə, Amerika əvvəlkindən də möhtəşəm olacaq.Hillari Klinton
Daha sonra Klintona səhnədə həyat yoldaşı Bill, qızı Çelsi eləcə də vitse-prezidentliyə namizədi virciniyalı senator Tim Keyn qoşulub.
Diqqətin Demokratların qurultayı üzərində olması Respublikaçı namizəd Donald Trampın seçki kampniyasını davam etdirməsinin qarşısını almayıb.
O, Ayova ştatında keçirilən seçki mitinqində özünü “dəyişiklik agenti” kimi təqdim edib.
“Biz Obama ilə daha dörd il davam edə bilmərik, çünki “əyri” Hillari elə Obama ilə eyni oacaq,” deyə o bildirib.
Artıq hər iki partiyanın qurultayı başa çatıb, diqqət isə çox sayda seçici tərəfindən mənfi qiymətləndirilən iki namizədə yönəlib, deyə təhlilçi Gerald Seib bildirir.
“Bu seçki kampaniyası qarışıq, çirkin və xoşagəlməz ola bilər. Və fikrimcə insanların xoşuna gəlsə də, gəlməsə də bu kampaniyanın əsas məqsədi seçiciləri “ona səs vermə, buna səs vermə deməkdən” ibarət olacaq. Bunu etməklə isə çox çirkin kampaniya yaranmış olur,” deyə o bildirir.
Ötən həftə Klivlenddə keçirilən Respublikaçıların qurultayından sonra rəy sorğuları Trampa dəstəyin artdığını göstərir. Demokratlar da eynilə noyabrdakı ümumi seçkilərə hazırlaşdıqları bir vaxt dəstəklərinin artacağına ümid edirlər.