Accessibility links

Hillari Klinton Nevada kokuslarını qazandı


Hillari Klinton sabiq ABŞ prezidenti Bill Klintonla bir yerdə seçki nümayişində. Las Veqas, Nevada. 20 fevral, 2016.
Hillari Klinton sabiq ABŞ prezidenti Bill Klintonla bir yerdə seçki nümayişində. Las Veqas, Nevada. 20 fevral, 2016.

Sabiq Dövlət Katibi Hillari Klinton Nevada Demokrat kokuslarında Vermont Senatoru Berni Sandersi 52:48 faiz nisbətində məğlub edib.

Təhlilçilərin dediyinə görə Klintonun qələbəsi göstərir ki, onun ictimai dəstək şəbəkəsi güclü olaraq qalır və Sanders öz cazibəsini kampaniyasının özəyini təşkil edən gənclərdən başqa kateqoriyadakı seçicilərə genişləndirmək üçün daha çox səy göstərməlidir.

Amerikalılar qəzəbli olmaqda haqlıdırlar, amma onlar həmçinin real həll yolları arayırlar.
Hillari Klinton

Nevadadakı kampaniya qərargahından tərəfdarlarına müraciət edən Klinton bayram əhval-ruhiyyəsində idi.

“Bəziləri bizə şübhə edə bilərdi, amma biz heç vaxt bir-birimizə şübhə etmədik,” deyə Demokrat iddialı bildirib.

Klinton Sandersə yarışdakı səylərinə görə təşəkkür etmiş, habelə Qərb ştatında ona dəstək vermiş otel və kasino işçilərinə, tələbələrə və ailələrə minnətdarlığını ifadə etmişdir.

Nevadada tərəfdarları qarşısında nitq söyləyən Sanders deyib: “Biz əməkçiləri və gəncləri indiyədək görünməmiş bir şəkildə siyasi prosesə cəlb edirik.”

Berni Sanders, Prezidentliyə Demokrat iddialı
Berni Sanders, Prezidentliyə Demokrat iddialı

Yüksək əhval-ruhiyyə sərigləyən Sanders tezliklə Cənubi Karolina ştatına yollanacağını və daha sonra Super Çərşənbədə 11 ştatda keçiriləcək yarışda rəqabət aparacağını bəyan edib. “Momentum bizdədir,” deyə o, əlavə edib.

O, inandığını bildirib ki, Demokratlar iyul ayında Filadelfiya şəhərində vahid namizədi seçmək üçün qurultaya toplaşan seçicilər “ABŞ tarixində misilsiz bir çevrilişin şahidi olacaqlar.”

Hər iki kampaniya multi-etnik Nevadaya ümummilli miqyasda elektoral rəqabətcilliyin sınağı kimi baxırdı. Ekzit pollar göstərir ki, Sanders latinoların, Klinton isə afro-amerikalıların əksəriyyətlərinin səslərini qazanıblar.

XS
SM
MD
LG