Accessibility links

Hillari Klinton Pakistanın varlı təbəqəsi üçün vergi rüsumlarını artırmağa çağırıb


Hillari Klinton Pakistanın varlı təbəqəsi üçün vergi rüsumlarını artırmağa çağırıb
Hillari Klinton Pakistanın varlı təbəqəsi üçün vergi rüsumlarını artırmağa çağırıb

ABŞ Dövlət katibi deyib ki, Pakistanın varlı təbəqəsi ölkənin bərpası yolunda onların payına düşən borcu yerinə yetirməlidirlər

ABŞ Dövlət katibi HillarI Klinton Pakistanı sel fəlakətindən sonra ölkənin bərpası məqsədilə varlı təbəqə üçün vergi rüsumlarını artırmağa çağırıb. Klinton bu gün deyib ki, beynəlxalq donorlar yardım səylərinə davam edən bir vaxt, Pakistanın varlı təbəqəsinin onların payına düşən borcu yerinə yetrməməsi qəbuledilməzdır. O bu açıqlamanı Brusseldə Avropa Ittifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Aştonla görüşündən sonra verib. Pakistanın vergi toplama faizi dünya üzrə ən aşağı səviyyədədir. ABŞ və Avropa İttifaqı sellər başlayandan bəri Pakistana təxminən 450 milyon dollarlıq yardım edib. Fəlakət nəticəsində 1700 insan həlak olub, 20 milyona yaxın insana zərər dəyib.

XS
SM
MD
LG