Accessibility links

Hillari Klinton İranda hərbçilərin artan qüdrətindən narahatdır


ABŞ dövlət katibi Hillari Klinton İranda hərbiçilərin artan qüdrətindən narahatlığını ifadə edib. ABC telekanalına müsahibədə xanım Klinton ümid etdiyini bildirib ki, məsuliyyətli mülki və dini liderlər dövlət maşınının sükanına nəzarəti ələ ala biləcəklər. Dövlət katibi bildirib ki, ABŞ İranın öz nüvə proqramı barədə altıtərəfli danışıqlara qayıtmasını və nüvə obyektlərinin tam təftişinə icazə verməsini istəyir. Eyni telekanalla söhbətində İran prezidenti Mahmud Əhmədinejad ABŞ hökumətini bu yaxınlarda azadlığa buraxdığı qadın səyahətçinin müqabilində ABŞ-da saxlanılan 8 iranlını sərbəst buraxmağa çağırıb.

XS
SM
MD
LG