Accessibility links

Hillari Klinton sabiq Sovet məkanında hüquq pozuntularını tənqid etdi


Sankt Peterburqda polis nümayişi dağıdır
Sankt Peterburqda polis nümayişi dağıdır

ATƏT-in Vilnüsdə keçirilən xarici işlər nazirləri sammitində Hillari Klinton keçmiş Sovet məkanında demokratik islahatlara çağırıb və siyasi hüquqların pozulmasını sərt tənqid edib.

Hillari Klinton Rusiyada keçirilən parlament seçkilərində baş verən pozuntulardan narahatlığını ifadə edib və sivil cəmiyyət nümayəndələrinin təqib olunmasını pisləyib. “Rusiyada keçirilən Duma seçkilərində olduğu kimi azad və ədalətli olmayan seçkilər vətəndaşların dövlətə etimadını sarsıdır,” deyə Klinton bildirib. O, Parnas partiyasının seçkilərə buraxılmamasını və Qolos adlı seçkiləri monitorinq təşkilatına qarşı tətbiq edilən inzibati ölçüləri tənqid edrərək bu addımların ATƏT xartiyasının ruhuna zidd olduğunu bildirib.

Xanm Klinton Belarsudakı avtoritar rejimi də sərt tənqid edib. ABŞ rəsmisi müxalifət liderləri Andrey Sannikau və Mikalay Statkeviçin həbsdə saxlanılmasını pisləyib. O, Belarus prezidenti Aleksandr Lukaşenkanı müxalifətə qarşı basqılara son qoymağa çağırıb. Dövlət katibi eləcə də Ukraynada və başqa sabiq Sovet respublikalarında hüquq pozuntularının vüsət almasından və demokratiya sahəsində geriləmələrdən ciddi narazılığını ifadə edib.

XS
SM
MD
LG