Accessibility links

Rusiyada seçkilərlə əlaqədar 250 etirazçı həbsdə saxlanılır (yenilənib)


Rusiyada seçkilərlə əlaqədar 250 etirazçı həbsdə saxlanılır (yenilənib)
Rusiyada seçkilərlə əlaqədar 250 etirazçı həbsdə saxlanılır (yenilənib)

Litvada olan ABŞ dövlət katibi Hilari Klinton bazar günü baş nazir Vladimir Putinin Vahid Rusiya partiyasının qalib çıxdığı parlament seçkilərindən bir daha ciddi narazılığını bildirib.

Rusiya hüquq-mühafizə orqanları seçkilər prosesindəki fırıldaqçılığın əleyhinə misli görünməmiş mitinq keçirən azı 250 müxalifət nümayişçisini həbsdə saxlamağa davam edir. ABŞ-ın ən yüksək diplomatı bir daha rəsmi Moskvanı azad və ədalətli parlament seçkiləri keçirməməkdə ittiham edib.

Etiraz aksiyasının təşkilatçıları paytaxt Moskvada həbsə alınan demokratların əksəriyyətinin hələ də həbsdə saxlanıldıqlarını deyib. Həbsə alınanların sırasına müxalifətin yüksək rütbəli təmsilçisi İlya Yaşin də daxildir. Moskva məhkəməsi dünən nümayişlər zamanı polisin əmrinə tabe olmadığına görə bu gün onu 15 günlük həbsə məhkum edib. Budan başqa Sank Peterburqda oxşar nümayişdə iştirak edən 120 nəfər də bu gün saxlanılıb.

Fransa xəbər agentliyi təhlükəsizlik rəsmilərinə istinadən bildirib ki, Rusiya hökuməti Moskvada planlaşdırılmış bir neçə nümayişə nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin qoşunlarını paytaxta göndərib. Rusiya prezidenti Dmitri Medvedev seçkilərin ədalətli və demokratik keçdiyini israr edir.

XS
SM
MD
LG