Accessibility links

Hillari Klintonun ABŞ diplomatı olduğu dövrdən 15 emaili tapılmayıb


ABŞ Dövlət Departamentinin rəsmiləri Hillari Klintonun yüksən vəzifəli ABŞ diplomatı olduğu dövrdən onunla bağlı 15 emailin tapılmadığını bildirib.

Agentlik sabiq dövlət katibi Klintonun dostu Sidney Blumental 2012-ci ildə Liviyanının Benqazi şəhərində ABŞ diplomatlarına qarşı hücumla bağlı əvvəllər açıqlanmayan bir neçə emaili ABŞ qanunvericilərinə verdikdən sonra dövlət katibinin email qeydlərində natamamlıq aşkar etdiyini bildirib.

Klinton kampaniyasının sözçüsü Nik Merrill xanım Klintonun cənab Blumentaldan aldığı emaillər da daxil olmaqla, 55 min səhifəlik materialı Dövlət Departamentinə verdiyini söyləyib.

2016-cı il prezident seçkilərində Demokratlar Partiyasından namizəd olacağı ehtimal edilən Klinton bu ilin əvvəli bildirib ki, Dövlət Departamentində çalışarkən onun şəxsi email hesabı olub. Şəxsi email ünvanı qeyri-dövlət şəbəkəsində olub və evində saxlanılıb.

Konqresin Benqazi hücumunu araşdıran komitəsinə rəhbərlik edən respublikaçı konqresmen Trey Qoudi deyib ki, Klintonun email qeydiyyatları ciddi sual doğurur.

Klinton deyib ki, o, Dövlət Departamenti ilə əlaqədar emaillərin hər birini agentliyə təqdim edib və şəxsi emailləri isə pozub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG