Accessibility links

Hillari Klinton Cənubi Afrikadadır


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton hökumət rəsmiləri və biznes liderləri ilə görüşmək üçün Cənubi Afrika paytaxtına gəlib. Xanım Klinton bu gün Pretoriya şəhərində keçirilən ikinci illik Birləşmiş Ştatlar-Cənubi Afrika Strateji Dialoq toplantısında ölkənin xarici işlər naziri Maite Nkoana-Maşabane ilə görüşub.

ABŞ-ın yüksək rütbəli diplomatı Afrika dövlətlərinə etdiyi səfəri zamanı Amerikanın investisiya və ticarət maraqlarını təşviq edir. Xanım Klinton Amerikanın bu kontinentdə ən böyük bazara malik ticari tərəfdaşı olan Cənubi Afrikada dörd gün qalacaq.

Xanım Klinton habelə Suriya məsələsində BMT Təhlükəsizlik Şurasının üzvü olan Cənubi Afrikanın dəstəyinə bel bağlayır.

Dünən ABŞ rəsmisi anti-aparteid hərəkatının qəhrəmanı sayılan Nelson Mandelaya sabiq prezidentin yaşadığı Qunu kəndində baş çəkib.
XS
SM
MD
LG