Accessibility links

Hindistan və ABŞ arasında strateji danışıqlar baş tutub


ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esper çərşənbə günü hindistanlı həmkarları ilə iki ölkənin daxili siyasi böhranlarla üzləşməsi səbəbindən strateji və təhlükəsizlik mövzusunda görüşlər keçirib.

Tramp administrasiyası Çinin artan nüfuzuna qarşı öz strategiyasını həyata keçirməyə çalışır. Ancaq görüş Hindistanda yeni bir vətəndaşlıq qanunu ilə əlaqədar geniş etirazlarla şiddətli qarşıdurmalar, həmçinin çərşənbə günü Prezident Donald Trampa qarşı gözlənilən impiçment səsverməsi fonunda keçib.

Dövlət Departamenti Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və müdafiə naziri Racnath Sinq ilə danışıqların "ABŞ və Hindistan arasındakı həyati strateji ortaqlığın sürətli böyüməsini" əks etdirəcəyini açıqlayıb.

Çinin böyüməkdə olan qlobal gücü həm ABŞ, həm Hindistan, həm də Hindistan yarımadasında problemlər, xüsusilə Hindistan və Pakistan arasındakı rəqabət üçün xüsusi narahatlıq doğurur. Tramp Hindistanın mübahisəli Kəşmir bölgəsi üzərində ABŞ vasitəçiliyinə açıq ola biləcəyini irəli sürərək, bu il səs-küy yaradıb. Hindistan Pakistanla bu mübahisəni həll etmək üçün istənilən beynəlxalq komponenti rədd edib.

Eyni zamanda Hindistanın din əsasında vətəndaşlıq verən yeni qanunu dərin mübahisələrə səbəb olub. Bu qərarla Hindistanda qeyri-qanuni yaşayan hindular, buddistlər, xristianlar və digər dini azlıqlar üçün yeni vətəndaşlıq qaydaları müəyyənləşib.

Tənqidçilər Vətəndaşlıq Dəyişikliyi haqqında qanunun baş nazir Narendra Modinin liderlik etdiyi Hindu millətçi hökumətinin Hindistanda 200 milyon müsəlmanı marjinallaşdırmaq üçün etdiyi son cəhd kimi qymətləndirib, və bunun ölkənin dünyəvi konstitusiyasının şərtlərini pozduğunu bildirib.

XS
SM
MD
LG