Accessibility links

Hindu məbədində 19 nəfər həlak olub


Hindistanın şimal bölgəsindəki hindu məbədində 19 nəfər həlak olub. Bu insanların ölümünə basırıq səbəb olub.

Uttar Pradeş ştatındakı hadisə yüzlərlə insanın toplaşdığı Varanasi ibadətgahında Hindistanın mənəvi lideri Cal Gurudevin anım mərasimində baş verib.

Polisin bildirdiyinə görə, mərasimə 3 min adamın qatılacağı təxmin edilirdi. Lakin bu dəfə mərasimdə 70 mindən artıq insan iştirak edib.

Polisin insanları körpüyə doğru irəliləməsi göstərişindən sonra körpünün ucduğuna dair şaiyələr gəzir. Hadisə zamanı yaralananlar artıq xəstəxanalara çatdırılıb.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika nümayəndələri ilə görüşə ev sahibliyi edən Hindistanın baş naziri Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib.

Hindistanın dini mərasimləri və festivallarında ayaq altında qalmaq səbəbi ilə ölüm halları nadir deyil.

İyul ayında Hinsitanın cənubunda təşkil edilən mərasimdə 27 adam basırığa düşərək, dünyasını dəyişmişdi.

2013-cü ilin okrtyabrında əksəriyyəti uşaq və qadın olmaqla, 110 nəfərdən çox adam həyatını itirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG