Accessibility links

Hindistanda daşqın baş verib


Çərşənbə axşamı Hindistan rəsmiləri Bihar vilayətində baş verən daşqın nəticəsində 514 nəfərin öldüyünü açıqlayıb.

Günlərdir davam edən leysan yağışlar Biharda Baqmati, Laxandayi və Faiqu çaylarının daşmasına gətirib çıxarıb. Nəticədə insanlar evlərindən qaçmalı olub.

Rəsmilər son illərdə Hindistanda baş verən ən dəhşətli daşqınının qurbanlarına yardım etmək üçün xilaesetmə əməliyyatlarının davam etdiyini bildirir.

Ötən həftə baş nazir Narendra Modi Bihardakı daşqın vəziyyətini nəzərdən keçirib və vilayətə 78 milyon dollarlıq yardım paketi ayırıb.

XS
SM
MD
LG