Accessibility links

Hindistanlı iki qız azadlığa buraxılıb


Hindistan rəsmilər bildirib ki, iki yüksək rütbəli polis zabiti iki qadını Facebook səhəfələrində yerləşdirdikləri yazıya görə həbs etdiklərinə görə vəzifələrindən azad edilib. Qadınlar ötən həftə sağçı siyasətçi Bal Takerayın matəm mərasimi səbəbindən ölkənin maliyə mərkəzinin bağlanılmasını tənqid etdiklərinə görə həbs ediliblər.

Qadınlardan biri Facebook hesabında yazıb ki, Mumbay şəhərində fəaliyyət hörmət deyil, qorxu səbəbindən dayandırılıb. Və onun rəfiqəsi Facebookda yayımlanan bu yazını bəyənib. Daha sonra hər iki qadın Facebookda yazdıqları komentariyalarını pozaraq üzr istəyib.

Onların həbsi Hindistan boyu narazılığa səbəb olub. Bundan bir gün sonra onlar zəmanət müqabilində azadlığa buraxılıb.

Bu gün Maharaştra ştatının ev naziri R.R. Patil müxbirlərə polis zabitlərinin qeyri-müəyyən səbəbdən vəzifələrindən kənarlaşdırıldıqlarını və qadınlara qarşı məsələ qaldıran hakimin başqa vilayətə köçürüldüyünü deyib. Patil qızlara qarşı tələsik tədbir görülməsinə lüzum olmadığını əlavə edib.
XS
SM
MD
LG