Accessibility links

İnəyə sitayiş [Video]


İnəyə sitayiş
please wait
Embed

No media source currently available

0:00 0:02:41 0:00

Hindistanda iki inəyi satın alan 28 yaşlı müsəlmanın qətli inəyə sitayış edənlərin son cinayətlərindən idi. Ölümlə nəticələnən bu kimi insidentlər hindu qruplarının dəstəklədiyi “Bharatiya Canata” partiyasının nüfuzunun artmasından sonra başlayıb.

Bu gün Kolqaon kəndində adi bir gün kimi görünür. Lakin qonşu Racastan ştatında iki inək alıb gecə saatlarında öz kəndinə dönən zaman inəyə sitayiş edənlər tərəfindən vəhşicəsinə döyülərək öldürülən Rakbar Xanın kəndi heç vaxt əvvəlki kimi olmayacaq.

Öldürülən şəxsin əmisi oğlu Məhəmməd Əkbər 28 yaşlı Xanın inəkləri 7 uşağını dolandırmaq üçün aldığını deyir. “Onun 5 inəyi var idi, lakin onlar artıq süd vermirdi. O, 2 inək aldı ki, uşaqlarını südlə təmin etsin, qalanını isə ailəsini dolandırmaq üçün bazarda satsın.”

Bu kənddə yaşayan ailələr nəsillərdir süd əldə etmək üçün mal-qara yetişdirir. İqtisadi vəziyyəti ağır olan bu kəndin sakinləri inəyi camışdan ucuz olduğu üçün alır. Lakin bu kənd inəyə sitayiş edən qruplar tərəfindən ölümcül hücumlara məruz qaldığı üçün kəndin ağsaqqalı Fəzruddin Xan onların iqtisadi vəziyyətlərinə təsir etsə belə, bir daha inək almayacaqlarını deyir. “Dörd inək 60 litr süd verir. İnsanlar südü satır və gündəlik tələbatlarını təmin edir. Lakin bu hadisə bizi sarsıtdı və biz bir daha inək almayacağıq.”

Kəndin gəncləri də inək almağın ölümlə nəticələnməsindən ehtiyat edir. Hasim Xan: “Baş verənlərdən sonra biz daha inək yetişdirmək istəmirik, qorxuruq.”

Hindistanda müqəddəs sayılan inəyin “Bharatiya Canata” partiyasının hakimiyyətə gəlməsindən bəri qütbləşməyə səbəb olan bir heyvana çevrilməsi kəndlilər arasında təəccüb doğurur.

Qızına dəstək olmaq üçün gələn Rəkbar Xanın qayınanası Kəriman Xan kəndlilərin inəyi sevdiyini, inəyin onun qızının ailəsini dolandırdığını deyir. “Biz inəklərə uşaqlarımızdan çox qayğı göstəririrk. Onları çimizdirir, yedizdirir, su veririk, onlara çox diqqət yetiririk.”

Xanın qətli nəsillərdir bir yerdə, sülh şəraitində yaşayan hindular və müsəlmanları şok vəziyyətinə salıb.

Hindistanın baş naziri Narendra Modi inəyə sitayış edilməsini tənqid edib. Lakin kəndlilər rəsmilərin ölümcül hücumların qarşısını nə üçün almadığını sual edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG