Accessibility links

Kəşmirin qadın jurnalistləri [Video]


Kəşmirin qadın jurnalistləri
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Hindistanın zorakılıqların baş alıb getdiyi Kəşmir regionunda foto-jurnalistlər uzun illərdir regionda insanların gündəlik həyatını çəkir və burada baş verənləri dünyaya çatdırmağa çalışır. Lakin bu, təhlükəsiz iş deyil. Münaqişənin davam etdiyi son 30 ildə Himalay dağlarındakı bu mübahisəli regionda 18 nəfər media işçisi və jurnalist həlak olub. Cənubi Asiyanın çox yerində olduğu kimi bu sahədə əsasən kişilər çalışsa da, bu tendensiya tədricən dəyişib və artıq qadınlar da foto-müxbir kimi fəaliyyət göstərməyə başlayıb.

Münaqişə bölgəsində jurnalist olmaq asan iş deyil. Əgər qadınsansa bu, daha da çətindir. Cənubi Asiyada, xüsusilə də Hindistan Kəşmirində media işi ilə adətən kişilər məşğul olub. Lakin Sanna İrşad kimi qadınlar bu ənənəni dəyişir. “Kəşmirdə çox şey baş verir. Burada zorakılıqların tarıxı var və biz bunu hər gün yaşayırıq. Beləliklə, bəla gələndə hər şeyə toxunur. Kəşmir mənim üçün bir ilham mənbəyidir, çünki mən özüm və buradakı insanlar üçün nə isə edə bilirəm. Ən yaxşı vasitə isə burada şəkil çəkə biməyimdir.”

Lakin bunu etmək üçün böyük risklərlə üzləşirsən. 1989-cu ildən bəri bu regionda müxtəlif hadisələri işıqlandırmağa çalışan 18 jurnalist həlak olub. Lakin təhlükəyə baxmayaraq, Sanna İrşadın fikrincə, qadınlar kişilərlə həmkarlıq edə bilər. “Mən küçəyə çıxıb şəkil çəkəndə heç vaxt qadın olduğumu düşünmürəm. Mən işimi gördüyüm zaman bir peşəkar oluram. Əsas olan mənim peşəmdir. Cinsiyyətimin mənim peşəmə dəxli yoxdur” deyə, Sanna İrşad bildirir.

Foto-jurnalist Məsrat Zəhra bununla razıdır. O deyir ki, doğru dəstək olarsa, heç bir ictimai təzyiq qadını yolundan qaytara bilməz. “Qızlar istənilən sahədə nailiyyət əldə edə bilər. Lakin onlara valideynlərinin dəstəyi gərəkdir. Sizin valideynləriniz sizi dəstəklədiyi zaman cəmiyyət sizin qarşınızda dura bilməz. Sizi heç nə qorxuda bilməz.”

Zəhra və İrşad Kəşmir universitetinin jurnalistika fakültəsinin məzunlarıdır. Qarşılaşdıqları maneələrə baxmayaraq, onların hər ikisi dünyada qadınların kişilərin hakim olduğu cəmiyyətdəki sosial sədləri birlikdə qaldıracaqlarına inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG