Accessibility links

Hindistan Kəşmirində qarşıdurmalar olub


Ordunun Hindistan Kəşmirində militantlara qarşı apardığı əməliyyatlar zamanı azı 18 nəfərin öldüyü bildirilib.

Ştatın polis rəisi, general S. P. Vəidin dediyinə görə, 3 ayrı-ayrı yerdəki qarşıdurmalar zamanı 11 militantın, 3 əsgərin və 4 mülki vətəndaşın öldürülüb.

Hindistan əsgərləri və yaraqlıların Hindistanla Pakistanın arasında, Srinaqarın cənubindakı bölgədəki döyüşlər zamanı öldükləri deyilir.

General Vəid öldürülən militantların Hizbul-Mücahiddin, eləcə də Əgərlər Partiyası kimi tanınan və ya Ləşkər-e-Təyyibə qruplarına qarşı aparılan əməliyyatlar zamanı öldürüldüklərini deyib. Hər iki qrup həm Hindistan, həm də Birləşmiş Ştatlar tərəfindən terrorçu qruplar kimi tanınır.

Mülki vətəndaşlar isə polisin əməliyyatlara etiraz məqsədi ilə küçələrə çıxan minlərlə etirazçını atəşə tutduğu zaman ölüb. Polis Hindistan hökumətinə qarşı şüarlar səsləndirən və daş atan etirazçılara qarşı gözyaşardığı qazdan istifadə edib və nəticədə 50 nəfərə qədər insan yaralanıb.

Militant qruplar müsəlmanların çoxluq təşkil etdiyi ştatda hökumətə qarşı silahlı mübarizə aparır.

XS
SM
MD
LG