Accessibility links

Hindistan Kəşmirində narahatlıqlar davam edir


Region boyu minlərlə insanın yürüş keçirdiyi deyilir

Hindistan Kəşmirində kənd sakinləri bölgədə tətbiq edilən qadağan saatına məhəl qoymayaraq, yenidən küçələrə çıxmışlar. Hökumətə qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı hərbi qüvvələr tətəfindən 4 nəfərin qətlə yetirilməsindən sonra regionun əsas şəhəri olan Srinaqarda və digər məntəqələrdə qadağan saatının tətbiqinə baxmayaraq, region boyu minlərlə insanın yürüş keçirdiyi deyilir. Bəzi bölgələrdə polisin etirazçılara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etdiyi, bir neçə nəfərin yaralandığı bildirilir.

XS
SM
MD
LG