Accessibility links

Hindistan koronavirusa yoluxma hallarının artmasına baxmayaraq məhdudiyyətləri ehtiyatla azaldır


Koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, üç fazalı planını həyata keçirməyə başlayan Hindistanın bir çox ştatında məhduduyyətlər yüngülləşdirilməyə və çox sayda insan səyahətə çıxmağa başlayıb.

Bir çox ştatda bizneslər və mağazalar yenidən açılıb, dəmir yolları 200 xüsusi sərnişin qatarı ilə fəaliyyətini bərpa edib. Bəzi ştatlar sərhədlərini açaraq,
nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradıb.

Maliyyə mərkəzləri olan Mumbay və Bollivudun yerləşdiyi Maharaştra ştatında bəzi məhdudiyyətlər qalmaqla film istehsalının bərpasına da icazə verilib. Paytaxt Dehlidə rəsmilər bütün sənaye müəssisələrinin və salonların yenidən açılacağını, lakin virusa yeni yoluxma hallarının qarşısını almaq üçün iyunun 8-dək sərhədlərin bağlı qalacağını bildirib.

Hindistan daxilində sosial məsafə və ictimai yerlərdə maskaların taxılması hələ də məcburi olsa da, çoxları bu qaydalara riayət etmir. Bəziləri sə təcrid qaydalarını pozur.

Dini mərasimlərə qadağa qoyulmasına baxmayaraq, Hindistanın şimalındakı Uttar Pradeş ştatının Prayaqraj şəhərində yüzlərlə hindli müqəddəs Qanq çayında çimib.

Hindistanda məhdudiyyətlər yumşaldıqca, yoluxma halları artmaqda davam edir.

Bazar ertəsi Hindistan virusa yoluxma hallarına görə Almaniya və Fransanı arxada qoyaraq, yeddinci yerə keçib. Belə ki, ölkədə 5400-dən çox ölüm, 190 mindən çox yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG