Hindistanın 1,3 milyard əhalisinin 6,2 milyondan çoxu hazırda COVID-19 xəstəliyinə tutulub. Lakin milli səhiyyə orqanlarının apardığı yeni araşdırmaya görə, xəstələrin həqiqi sayının təxminən 10 dəfə çox ola biləcəyini deyib.
Hindistanın Tibbi Araşdırmalar Şurası çərşənbə axşamı bildirib ki, avqustun ortalarından sentyabrın ortalarına qədər 29 mindən çox insanın qan testi 10 yaşdan yuxarı hər 15 nəfərdən birində infeksiyanın yayılmasının erkən cağlarından anti-cisimlərə malikdir.
Hindistanın Tibbi Araşdırmalar Şurasının rəhbəri doktor Balram Barqava şəhər sakinlərində 8,2 faiz, kənd sakinlərində 4,4 faiz olduğu halda bütün gecəqondu sakinlərinin 15,6 faizində anti-cisim aşkarlandığını bildirib.
Hindistan yeni koronavirusa yoluxma və ölüm saylarına görə ABŞ-dan sonra ikinci yerdədir. Hindistanda yoluxma halları sərt məhdudiyyətlər yumşalmağa başladıqdan sonra əksər şəhərlərdə ictimai nəqliyyat, müəssisələr, bazarlar, mehmanxanalar, restoranlar və barları açdıqdan bəri artıb.
Hindistanda təxminən 97 min, Braziliyada 142 min, Amerika Birləşmiş Ştatlarda 205 min daxil olmaqla, COVID-19 dünya boyu 1 milyondan çox insanın ölümünə səbəb olub.