Çərşənbə günü Hindistanın qərb sahillərini vuran qasırğa ölkənin maliyyə paytaxtı Mumbaydakı on minlərlə insanı daha təhlükəsiz yerlər axtarmağa məcbur edib. Qasırğanın güclü olmasına baxmayaraq, ölkənin maliyyə paytaxtı qasırğadan o qədər də ziyan görməyib.
Ən böyük narahatlıq Ərəbistan dənizindən saatda 120 kilometr sürətlə əsən küləyin 20 milyon əhalisi olan və 70 ildən çox belə bir qasırğa ilə üzləşməyən Mumbayın buna hazırlıqlı olub-olmaması idi.
Əhalinin sıx məskunlaşdığı və hündür binaların gecəqondularla kəskin ziddiyyət təşkil etdiyi bu şəhərdə qaranlıq, şiddətli yağış, güclü külək müşahidə edilisə də, dəyən ziyanın ölçüsü böyük olmayıb.
Hindistan Meteorologiya İdarəsi çərşənbə axşamı qasırğanın uzaqlaşdığını və artıq şəhər üçün təhlükə olmadığını bildirib.
Mumbay rəsmiləri səhiyyə obyektlərinin heç birinə ziyan dəymədiyini bildirib. Qasırğanın ölkədə COVID-19 hallarının ən çox olduğu və virusun qarşısını almaq üçün mübarizə aparan bu şəhərin infrastrukturuna təsiri ilə bağlı narahatlıqlar yüksək idi.