Accessibility links

ÜST: COVID-in Hindistanda aşkar edilən variantı artıq 49 ölkəyə yayılıb


Hindistanda ilk dəfə aşkar edilən COVID-19-un yeni variantının qlobal narahatlıqlardan biri elan edilməsindən bir gün sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü bu variantın artıq 49 ölkəyə yayıldığını elan edib.

BMT Səhiyyə Təşkilatının yeni B.1.617 variantı ilə bağlı narahatlığı Hindistanda bir gündə COVID-19-dan 4205 ölümün qeydə alınması zamanı baş verir. Beləliklə, bu Cənubi Asiya ölkəsində pandemiya səbəbindən ölənlərin ümumi sayı 250000-dən çoxdur. Səhiyyə Nazirliyinin çərşənbə günü 348421 yeni yoluxma halının qeydə alındığını bildirməsindən sonra isə Hindistanda təsdiqlənmiş COVID-19-a yoluxanların ümumi sayı 23 milyonu keçib.

Yeni infeksiyaların artması dünyada əhalinin ən çox olduğu ikinci ölkəsində xəstəxanaların dolmasına səbəb olub. Ölkədə xəstələri müalicə etmək üçün kəskin şəkildə oksigen çatışmazlığı yaşanır və ölülərin yandırılması üçün çox sayda müvəqqəti krematoriyalar qurmalı olur. Mütəxəssislər əsl itki rəqəmlərinin rəsmi rəqəmlərdən daha yüksək olduğuna inanır.

Bu həftə Qanq çayında 100-dən çox cəsəd tapıldıqdan sonra narahatlıqlar daha da artıb. Çayda üzən cəsədlərin görüntüləri qəzəbə və COVID-19-dan öldükləri fərziyyələrinə səbəb olub. Səlahiyyətli orqanlar cəsədlərin ölüm səbəbini hələ müəyyənləşdirməyib, lakin bəzi səhiyyə ekspertləri koronavirusun çirklənmiş su ilə yayıla biləcəyindən narahatlıqlarını dilə gətirib.

Bu arada, Tayvanın səhiyyə orqanları 16 yeni yoluxma halının aşkarlanmasından sonra koronavirusla bağlı xəbərdarlıq səviyyəsini artırmağı düşünür.

Hazırda Tayvan dörd səviyyəli xəbərdarlıq miqyasının ikinci səviyyəsindədir. Ölkədə iyunun 8-nə qədər genişmiqyaslı qapalı tədbirlər 100, açıq yerlərdə isə 500 nəfərlə məhdudlaşır. Üçüncü səviyyəyə qalxdığı təqdirdə ada tamamilə bağlanmaq məcburiyyətində qalacaq, müəssisələr bağlanacaq və sakinlər maska taxmalı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG