Accessibility links

Oksigen çatışmazlığı Hindistan xəstəxanasında onlarla uşağın ölümünə səbəb olub


Hindistanın şimalındankı xəstəxanaların birində, uşaqların yerləşdirildiyi palatada son günlər ərzində müşahidə olunan oksigen çatışmalığı səbəbindən xeyli sayda uşağın öldüyü bildirilir.

Valideynlər, o cümlədən yerli və ölkə rəsmilərinin verdiyi məlumatlara görə, avqustun 6-dan bəri ölən uşaqların sayı 35-60 arasıdır.

Qoraxpur şəhərində yerləşən Baba Raqav Das Tibb Kolleci Xəstəxanasında hadisə ilə bağlı təhqiqat aparılır.

Ərazi rəsmisi Raciv Rautela şənbə günü xəstəxanada oksigen çatışmazlığı iddiasını rədd edərək, uşaq ölümlərini təbii səbəblərlə əlaqəli olduğunu bildirib.

Hadisənin baş verdiyi Hindistan Uttar Pradeş vilayətinin Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi Associated Press agentliyinə deyib ki, oksigen ilə təchiz edilmədə gecikmələr müşahidə olunsa da, xəstəxanada kifayət edəcək qədər oksigenin olub.

Hindistan Konqresinin sözçüsü Uttar Pradeş vilayətinin baş naziri və səhiyyə nazirinin “bu səhlənkarlığa” görə dərhal istefaya getməli olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG