Pakistan mediası Hindistanın Ali Komisarlığının iki əməkdaşının İslamabadda "avtoimobili sürətlə idarə etmək və piyadanı vuraraq, ağır xəsarət yetirmək" ittihamı ilə həbs edildiyini bildirib.
Yerli xəbər agentlikləri İslamabaddakı rəsmilərin həmin iki hindistanlıya qarşı cinayət işi qaldırdığını, lakin diplomatik toxunulmazlıqları olduğu üçün onların tezliklə Ali Komisarlığa təhvil veriləcəklərini bildirib.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Ayisə Fəruqiyə iki hindistanlının itkin düşməsi xəbərləri ilə bağlı şərh verməsini istəyəndə, o, jurnalistlərə bu məsələ ilə bağlı bir şərh vermədən əvvəl məlumatları araşdırmalı olduğunu demişdi.
Hindistan bu yaxınlarda Dehlidə Pakistanın yüksək vəzifəli iki rəsmisini casusluqda ittiham edərək, ölkədən çıxarıb.
Hindistan Pakistan rəsmilərinin Dehlidən qovulmasından sonra İslamabaddakı rəsmilərinə təzyiqlər göstərildiyini deyir.