Accessibility links

Kəşmirdə Hindistanla Pakistan arasında qarşıdurma


Hindistan və Pakistan arasında mübahisəli Kəşmir vilayətində atəş mübadiləsi olub. Tərəflər itkilər barədə zidiyyətli məlumatlar verir.

Hindistan 7 Pakistan və 1 Hindistan əsgərinin öldürüldüyünü iddia edir. Pakistan isə Hindistanın atəşi nəticəsində 4 əsgərin, cavab atəşi nəticəsində isə Hindistanın 3 əsgərinin öldürüldüyünü bildirib. Tərəflər zorakılıqların baş qaldırmasına görə biri digərini ittiham edir.

Hindistan Pakistanı yaraqlılarını terror fəaliyyətləri üçün sərhədlərdən keçirdiyində günahlandırır.

Pakistan isə Hindistanı uzunmüddətli separatizm hərəkatına məruz qalan Hindistan Kəşmirində insan haqlarını pozmaqda ittiham edir.

Qarşıdurmalara Kəşmirin 745 kilometrlik nəzarət xətti boyunca yol verilib.

Tərəflər 2003-cü ildə atəşkəs razılığı əldə etsə də, iki nüvə qüdrətli ölkə arasında ara-sıra qarşıdurmalar olur.

Hindistanla Pakistan Kəşmir uğrunda 1947 və 1965-ci illərdə mübarizə aparıb.Qarşıdurmalar 1999-cu ildə də müşahidə edilib.

​2016-cı ilin iyul ayında gənc separatist lider Burhan Vaninin öldürülməsindən sonra Hindistan əleyhinə etiraz aksiyaları Hindistan Kəşmirində baş qaldırmışdı.

İnsan hüquqları təşkilatları Hindistanı onlarla insan ölümünə səbəb olan ağır cavabına görə tənqid etmişdi.

Ötən həftə Hindistanın ordu generalı Bipin Ravat deyib ki, Pakistanın nüvə silahları o ölkə ərazisinə girişimizə mane olmayacaq.

Pakistanın xarici işlər naziri Xvaja Asif generalın bəyanatını məsuliyyətsizlik kimi qiymətləndirərək, bunu nüvə qarşıdurmasına dəvət adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG