Accessibility links

Pornoqrafiya Hindistanda yasaqlana bilər


Seksual təcavüz hallarının artdığı Hindistanda pornoqrafiyanın yasaqlanması məsələsi gündəmə çıxarılıb. Pornoqrafiyaya qadağa qoyulması ilə bağlı ölkənin Ali Məhkəməsinə petisiya ünvanlanıb. Bəziləri porno-filmlərdə seksual zorakılığın təbliğ edildiyini deyir.
Bu yaxınlarda 5 yaşlı qız uşağını zorlayan şəxs cinayəti törətməzdən əvvəl mobil telefonu ilə porno-kliplərə baxdığını etiraf etmişdi.

Vəkillər qüvvədə olan qanunların cəmiyyəti pornoqrafiyadan müdafiə etmədiyini deyir. Belə ki, filmlərin yayılması qanunsuzdur, onların izlənilməsi isə qanuna zidd deyil.
Petisiya seks cinayətkarlarının qadın və uşaqları hədəf aldığı vaxta təsadüf edir. Beş ay əvvəl 23 yaşlı qızın vəhşicəsinə zorlanması böyük etirazlara səbəb olmuşdu.

Polis qanunların şərtləşdirilməsinə baxmayaraq, zorlama hallarının artdığını bildirir. Qurbanlar arasında uşaqların çoxluq təşkil etməsi narahatlıq doğurur. Buna görə online pornoqrafiyası müqəssir sayılır.

Hindistanlıların yalnız 10 faizi kompüterə malikdir. Lakin insanların İnternetə çıxışını mobil telefonlar təmin edir.

Bu ölkədə pornoqrafiya saytlarının bağlanması səyləri də nəticə vermir.

Gələn bir neçə həftə ərzində pornoqrafik satyların qadağan edilməsinə dair debatlar nəticə verəcək. Dünyada əhali baxımından ən sürətli artıma malik olan bu ölkədə online standartlarını tənzimləmək asan olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG