Accessibility links

Hindistanda avtobusun çaya düşməsi nəticəsində ən azı 32 nəfər həlak olub


Qərbi Hindistanda şənbə günü avtobusun çaya düşməsi nəticəsində ən azı 32 nəfərin öldüyü bildirlir.

Hadisə Hindistanın Racasthan vilayətində baş verib. Sağ qalan sərnişinlərindən birinin dediyinə görə, avtobus digər maşını ötmək istəyəndə körpüdən çıxaraq çaya düşüb.

Son məlumata görə rəsmilər çaydan 32 nəfərin cəsədini çıxarıblar. Ən azı daha 10 sərnişin xəsarət alıb. Sağ qalanlar arasında sürücün də olub-olmadığı hələlik aydın deyil.

Hindistan dünyada yollarında ən çox ölüm hadisələrinin baş verdiyini ölkədir. Burada il ərzində yol qəzaları nəticəsində təxminən 110,000-dən 150,000-ə qədər insan həlak olur.

XS
SM
MD
LG