Accessibility links

Hindistanda zorlandıqdan sonra öldürülən 6 yaşlı qızla bağlı istintaq aparılır


Hindistanda zorlandıqdan sonra öldürülən 6 yaşlı qızla bağlı istintaq aparılır. Rəsmilərin bildirdiyinə görə, Haryana ştatında yol verilən bu cinayətlə əlaqədar bir neçə nəfər sorğu-suala çəkilib.

Uşağın cəsədi bazar günü aşkar edilib.

Fransanın xəbər agentliyi AFP-nin bildirdiyinə görə, uşağın qətli və bunun səbəbkarlarının həbsi ilə bağlı xüsusi istintaq komandası yaraılmasına dair təzyiqlər artmaqdadır.

Qızın ailəsi işin feredal müstətinqlər tərəfindən aparılmasını tələb edir. Belə ki, onlar yerli polisə etibar etmədikdlərini deyib.

Şəhər sakinləri polis əleyhinə etiraz aksiyası keçirib.

Uşağın valideynləri polisə cinayətkarların tutulması üçün çərşənbə günü səhər 11-dək möhlət verib, əks təqdirdə etirazların vüsət alacağı barədə xəbərdarlıqla çıxış edib.

XS
SM
MD
LG