Accessibility links

Hindistan Tac Mahal abidəsini açmaq planlarını təxirə salıb


Hindistan Aqra şəhərində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar risklərə görə 17-ci əsrə aid Tac Mahal abidəsinin ziyarətçilər üçün açılışını təxirə salıb.

Yerli rəsmilər Aqra şəhərində və onun ətrafında karantinin uzadılmasına dair yeni qaydaları bazar günü elan ediblər. Hökumət mart ayından bəri ziyarətçilər üçün bağlanmış abidələrin ziyarət üçün hansı müddətə qədər bağlı olduğu haqda detalları açıqlamayıb.

“İctimiayyətin marağını nəzərə alaraq, Aqrada abidələrin açılışının hazırda uyğun olmadığı haqda qərar verilib”, dairə rəsmilərinin bəynatında bildirilir.

Ölkənin ən sıx əhalisi olan Uttar Pradeş ştatında yerləşən Aqra şəhəri Hindistanda virusun ən çox yayıldığı və ən çox təsirinə məruz qaldığını şəhərlərdən biridir.

Rekord yoluxma halları

Hindistanda koronavirusa yoluxmaların sayı son üç ayda sürətlə artır.

Səhiyyə işçiləri Mumbayda koronavirusun yayılmasının qarşısının alınması kampaniyası çərçivəsində sakinlərin temperaturunu ölçür, 30 iyun, 2020.
Səhiyyə işçiləri Mumbayda koronavirusun yayılmasının qarşısının alınması kampaniyası çərçivəsində sakinlərin temperaturunu ölçür, 30 iyun, 2020.

Səhiyyə rəsmiləri bazar günü bir gün ərzində rekord 24850 yoluxma və 600 ölüm halının qeyd edildiyini bildiriblər. Bununla Hindistanda virusa yoluxanların sayı 673165-ə çataraq, dünyada koronavirusa yoluxma saylarının ən çox olduğu üçün ölkə olan Rusiyaya yaxınlaşır.

Lakin hökumət 1.3 miyard əhalisi olan Hindistanda on minlərlə insanın işsiz qalması və bizneslərin bağlı qalmasına səbəb olan karantini qaldırıb.

Beynəlxalq uçuşların təxirə salınmasına baxmayaraq, yerli uçuşlar yenidən icra edilir. Hökumət ziyarətçilərin yenidən populyar turist məkanlarına qayıdacağına ümid bəsləyir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG