Accessibility links

Hindistan Tac Mahalı bağladı


Koronavirusun yayılmasına qaşı mübarizə aparan Hindistan dünyanın turistlərin ən çox ziyarət etdiyi yerlərindən biri olan məşhur Tac Mahalı bağlayıb.

Ölkənin Mədəniyyət Nazirliyi çərşənbə axşamı insanların Aqra şəhərindəki abidədən uzaq durmalarının vacib olduğunu deyib. Hər gün təxminən 20 milyon hindli və xarici turist Tac Mahalı ziyarət edir. Ziyarətçilərin sayı adətən həftə sonları ikiqat artır.

Dehlidən ailəsi ilə birlikdə səyahət edən Harsh Sing şənbə günü abidəni ziyarət edərkən izdiham olduğunu deyir. "Bilet üçün növbə həqiqətən çox uzun idi" - deyə, o bildirir.

Turistlərin ziyarət etdiyi digər məşhur abidələr də bağlanıb.

Bu tənəffüs xəstəliyinin yayılmasının qarşısını almaq üçün Hindistanın əksər ştatlarında məktəblər, kolleclər, ticarət mərkəzləri, teatrlar bağlanır və idman tədbirləri ləğv olunur.

Hindistanda təsdiqlənmiş koronavirus hallarının sayı 137, ölənlərin sayı isə 3-dür. Səhiyyə mütəxəssisləri bu rəqəmlərin dünyanın əhalisinin sayına görə ikinci ən böyük ölkəsində virusun yayılma dərəcəsini tam əks etdirə bilmədiyini deyirlər.

1,3 milyard əhalisi olan ölkədə əsas diqqət xaricdən gələnlər və onlarla əlaqə olan insanlara verilərək 6000-ə yaxın insan testdən keçib.

Testləri genişləndirmək çağırışları ardından Hindistan rəsmiləri çərşənbə axşamı laboratoriyaların sayını artırdıqlarını və daha çox test dəstləri sifariş etdiklərini bildirib.

Səhiyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki, Hindistan virusun ötürülməsinin dayandırılması lazım olan bir kritik mərhələyə qədəm qoyub.

Yoluxmalar artdıqca rəsmilər məhdudiyyətləri sərtləşdirməyə başladı. Rəsmilər Mumbayın maliyyə mərkəzində izolyasiya əmri verilmiş şəxslərin biləyində silinmyən mürəkkəblə "evdə karantin" möhürünün qoyulacağını bildiriblər.

Çoxları təlimatları ciddi qəbul etmədikləri üçün insanları karantində saxlamaq çətindir.

Yüz minlərlə insanın gecəqondularında yaşadığı və izdihamla dolu nəqliyyat vasitələri olan Mumbay kimi şəhərlərdə Hindistanda yoluxma hallarına nəzarət böyük problemlər yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG