Accessibility links

Mumbay xarabalığının uşaqları


Mumbay xarabalığının uşaqları
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Dünyanın ən böyük xarabalıqlarından olan Daravi Hindistanın maliyyə paytaxtı Mumbaydadır. Burada yaşayan bir qrup istedadlı uşaq bu xarabalıqdan dünyaya körpü salmağa çalışır. Onlar evlərində istifadə etdikləri sadə bir əşyadan gözəl səslər çıxarır.

Daravi Asiyanın ən böyük xarabalığı kimi tanınır. Paytaxt Mumbayın çökəkliyindəki bu küçələr o qədər dardır ki, buranı hətta günəş şüaları belə işıqlandırmır. Bu qaranlıq, çirkli dalanın sonundakı dar pillələr uşaqları parlaq bir üfüqə doğru gedən yola aparır.

“Akorn Fondu” adlı qeyri-hökumət təşkilatı artıq 10 ildir buradakı uşaqlarla işləyir. Fondun təsisçisi Vinod Şetti: “Biz onların Daravidən çıxmalarına imkan yaratmalıyıq. Onlarda daha yaxşı həyat yaşaya biləcəklərinə dair ümid olmalıdır”.

“Akorn Fondu” 2008-ci ildə buraya gələrək, plastik qablardan zərb alətləri kimi istifadə edən istedadlı uşaqları bir araya gətirməyə başladı. Yaxın zamanda “Daravi Rok” yarandı. Bir çox musiqiçi bu təşəbbüsdən heyrətə gəlib uşaqlara musiqi öyrətmək üçün buraya gəlməyə başladı. “Hər bir uşaq öz evində bu alətdə ifa edə bilər. Biz elə əşyalar seçmişik ki, onların evidə olsun. Bizim zərb alətləri kimi ilk istifadə etdiyimiz zibil vedrələri oldu” deyə, Vinod Şetti bildirir.

“Daravi Rok” hətta London da daxil olmaqla, Hindistan boyu 150 konsert proqramı ilə çıxış edib. Qrup üzvlərindən bəziləri Hind filmlərinə belə çəkilib. Bu qrupa bəzən Hindistanın məşhur ulduzları ilə də görüşmək nəsib olur. Qrupun üzvü Şaziya: “Biz Bollivud aktrisası Alia Bhattla görüşmüşük. Biz üç gün rəqs dərsləri aldıq. Mən oraya hər gün gedirdim. Vaxtımız çox şən keçdi.”

“Bizim haqqımızda televiziyada, qəzetlərdə, YouTube-da məlumatlar yayılıb. Qrupumuz sayəsində çox tanınırıq.” deyə, qrupun digər üzvü Sandip Mandal bildirir.

Buradakı uşaqlar “Free style” rəqslər də öyrənir.

On ildən çox bir zamanda burada on mindən çox uşaq təlim keçib. Uşaqların çoxu yaşa dolduqdan sonra qrupu tərk edir. Lakin bir çoxları deyir ki, “Daravi Rok” onlara yaşadıqları xarabalığın qaranlıq reallığından uzaqlaşmağa və uşaqlıq həyatlarının bir hissəsini geri qaytarmağa kömək edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG