Accessibility links

Hindistanda milyonlarla insan ilk Beynəlxalq Yoqa Günündə iştirak edib


Hindistanda milyonlarla insan ilk Beynəlxalq Yoqa Günündə yoqa məşğələsində iştirak edib. Dehlidə möhtəşəm tədbirə Hindistanın Baş naziri Narendra Modi qatılıb. İyunun 21-nin Beynəlxalq Yoqa Günü elan edilməsinin təşəbbüskarı olan cənab Modi deyib ki, “yoqa sülhün yeni dövrünü” aça bilər.

Minlərlə məktəbli, yüksək səviyyəli rəsmi şəxs və başqa insan üzərində Yoqa Günü yazılmış t-şörtlərdə Dehlinin mərkəzindəki Rajpat bulvarında 35 dəqiqə yoqa ilə məşğul olub.

Baş nazir Narendra Modi qədim hind sənət növü olan yoqanın təkcə bədən tərbiyəsi deyil, insanın daxili aləminin inkişaf etdirilməsində mühüm vasitə olduğunu deyib. Cənab Modi artıq uzun illərdir yoqa ilə məşğul olur.

XS
SM
MD
LG