Hindistanın qərbində nadir genetik çatışmlıqdan əziyyət çəkən 23 uşağın bədəninə qan köçürülməsindən sonra HİV virusuna yoluxduqları aşkar olunub. Rəsmilər HİV statusu aşkar edilmiş uşaqların ən kiçiklərinin Cunaqadi mülki xəstəxanasında olduqlarını deyib. Onlar burada müntəzəm şəkildə qan köçürülən 100 nəfər talassemik xəstəliyi daşıyıcısı ilə bərabər qalırdılar. Qucarat vilayətinin səhiyyə naziri Cay Narayan Vyas təhqiqat aparmaq üçün tibbi qrupun xəstəxanaya göndərildiyini deyib. Assosiated Press-ə istinadən xəstəliyə tutulmuş uşaqların hamısı yoxsul ailələrdəndir.