Hindistan rəsmilərin bildirdiyinə görə, bu gün səhər Qərbi Benqal ştatının paytaxtı Kəlküttədən 200 km şimalda sürətli sərnişin qatarının Birbhum mahalının Saintia stansiyasında digər qatarla toqquşması nəticəsində azı 61 nəfər ölmüş, 120-yə qədər insan yaralanmışdır. Ağır qəza zamanı qatarlardan birinin tavanı qoparaq relslərin üstünə düşüb. Xilasetmə dəstələri qəza qurbanlarını dağılmış vaqonların içərisindən çıxarmaqla məşğuldurlar. Relsləri təmizləmək üçün ağır texnologiyadan istifadə olunur. Rəsmiləri qəzaya səbəb olan qatarın sürətinin nə dərəcədə yüksək olduğunun araşdırıldığını bildirmişlər.
Xilasetmə dəstələri qəza qurbanlarını dağılmış vaqonların içərisindən çıxarmağa çalışırlar