Accessibility links

Hindistanın cənubunda daşqın nəticəsində azı 12 nəfər ölüb


Hindistanın cənubunda yerləşən Tamil Nadu ştatında musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 12 nəfər ölüb, minlərlə insan düşərgələrə yerləşdirilib.

Ştatın paytaxtı Çennai və digər sahilyanı şəhərlərdə məktəblər bağlanıb, sinoptiklər həftəsonu kəsik-kəsik ağır yağışların yağacağı ilə bağlı xəbərdarlıq edir.

Hökümətin verdiyi bəyanatda cümə axşamı və cümə Çennai və ətraf bölgələrində yağışın səbəb olduğu daşqınlar nəticəsində dövlətin saldığı yardım düşərgələrinə 10 mindən çox insan yerləşib.

Regionda şimal-şərqi musson mövsümü oktyabrın 27-də başlayıb və dekabrın əvvəlinədək davam edəcəyi gözlənilir. Dövlət Metereoloji Departamentinin verdiyi məlumata görə, bütöv sezon gözlənilən yağışların təxminən 74 faizi ilk həftə yağıb.

Son üç gün ərzində Çennaidə 30 santimetrdən çox yağış yağıb və bu, 2015-ci ildə 150 nəfərin ölümü ilə nəticələnən daşqının təkrarlanacağına dair narahatlıqlara səbəb olub.

Şənbə günü dəniz çox dalğalı və bəzi dalğalar bir neçə metr hündürlüyündə olduğu üçün 10 mindən çox balıqçı limanda qalıb.

Cümə günü ştatın yüksək səviyyəli rəsmisi K. Palanisvami şəhərin selə məruz qalan bəzi hissələrini ziyarət edib və daşqın qurbanlarına ərzaq və geyim paylayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG