Accessibility links

Hindistanda dini mərasim zamanı 50 nəfər həlak olub


Hindistan rəsmilərinin verdiyi məlumata görə, Madhya Pradeş ştatının Datia rayonundakı Hindu məbədinin qarşısında körpüdə yaranmış izdiham nəticəsində 50-dən çox insan həlak olub. Rəsmiləri onlarla insanın körpüdən düşərək suda boğulduğunu da ehtimal edir.

Polisin məlumatında deyilir ki, körpünün uçmaq üzrə olmasına dair yayılan şayiələrdən sonra yaranmış təşviş nəticəsində izdiham arasında qaçhaqaç düşüb.Nəticədə 100-dən çox insanın da xəsarət aldığı deyilir.

Hadisə Sinq çayının üzərində körpüdə baş verib. İnsanlar körpünü keçərək dini festival iştirak etməyə çalışırdılar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG