Accessibility links

Hindistanda keçirilən prezident seçkilərinin nəticələri hesablanıb.

Hindu milli lider ölkənin yeni prezidenti seçilib.

Hakim Milli Demokratiya Alyansı partiyasından namizəd Ram Nar Kovind Hindistan parlamenti və ştat hakimiyyətlərinin bazar ertəsi keçirdiyi səsvermədə qalib gəlib. Səsvermə nəticələri cümə axşamı açıqlanıb.

Kovind ölkənin şərqində yerləşən Bihar əyalətinin sabiq qubernatorudur və uzun müddətdir müsəlmanlara qarşı dini nifrəti təşviq etməkdə günahlandırılan Milli Könüllü Korpusu adlı hindu qrupun üzvüdür.

Qrup baş nazir Narendra Modinin mənsub olduğu hindu millətçi Bharatiya Janata partiyasının ideologiyasını təmsil edir.

Prezidentin rolu rəmzi xarakter daşıyır. O, baş nazirin başçılıq etdiyi kabinetin məsləhətlərinə əməl edir.

Kovind 2012-ci ildən bəri hakimiyyətdə olan Pranab Muxercini əvəzləyir.

XS
SM
MD
LG