Accessibility links

Hindistanlı şahmatçı İran turnirindən imtina edib


Hindistanlı şahmat çempionu İranda keçiriləcək turnirdə iştirak etməyəcəyini elan edib. O, buna səbəbin ölkədə qadınların baş örtüyü geyinməsini məcbur edən qanunların olduğunu bildirib.

29 yaşlı qrasmeyster Soumya Svaminathan Facebook hesabında bu sözləri yazıb: “Belə görünür ki, mövcud şəraitdə mənim hüquqlarımın qorunmasının yeganə yolu İrana getməməkdir.”

Svaminathan şahmat üzrə Asiya komandalarının yarışında iştirak edəcək Hindistan yığmasının üzvlərindən biri olmalı idi. Yarış 26 iyul - 4 avqust tarixlərində İranın Həmədan şəhərində keçiriləcək.

Baxmayaraq ki, əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkələrin çoxunda bu praktika geniş yayılıb, İran və Səudiyyə Ərəbistanın qadınların məcburi şəkildə baş örtüyü taxmalı olduğunu yeganə iki dövlətdir.

Fevral ayında İran polisi baş örtüklərini ictimai şəkildə çıxararaq, etiraz edən 29 qadını həbs edib.

Svaminathan İran qanunları tərəfindən hüquqları pozulan yeganə qadın şahmatçı deyil. Oktyabr ayında İran şahmatçısı Dorsa Derakhşani Cəbəllütariqdə keçirilən turnirdə baş örtüksüz iştirak etdiyi üçün ölkə yığmasından uzaqlaşdırılıb.

Derakhşani daha sonra Birləşmiş Ştatlara köçərək, ABŞ milli yığmasının üzvü olub.

XS
SM
MD
LG