Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin çərşənbə axşamı İstanbulda keçirilən görüşü müzakirə olunub.
Prezident Ərdoğan görüşdə Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını bildirib.
Tərəflərin ehtiyatlı davranmasının və dialoqun davam etdirilməsinin vacib olduğunu deyən Ərdoğan, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Volodimir Zelenskini bir araya gətirməklə sülh səylərini artırmaq istədiklərini qeyd edib.
Putin həmçinin İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün prezident Ərdoğana təşəkkür edib.
Bundan əvvəl İstanbulda jurnalistlərlə danışan Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ukrayna prezidentinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının aparılması təklifinə isti yanaşdığını bildirmişdi.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ankara Rusiya və Ukrayna liderləri arasında görüşün təşkilinə kömək etsə, ölkəsi Türkiyəyə minnətdar olacaq.
Çinin baş naziri Li Ketsian cümə günü Aİ liderlərinə deyib ki, Çin də "özünə uyğun" Ukrayna ilə bağlı sülh danışıqlarına can atır.
CCTV xəbər verir ki, Li bir daha Çinin beynəlxalq hüququn və beynəlxalq normaların, o cümlədən bütün ölkələrin ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu təsdiqləyib.
Cümə günü Aİ və Çin liderləri son iki ildə ilk sammit üçün görüşüblər. Brüssel Pekindən Çinin Rusiyaya silah tədarük etməyəcəyinə və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməsinə Moskvaya kömək etməyəcəyinə dair zəmanət tələb edib.