Accessibility links

Hindistanda qatar qəzaya uğrayıb


Hindistanda qatarın relsdən çıxması nəticəsində 104 adam həyatını itirib.

Xialsedicilər 14 vaqonlu qatardan insanları çıxarmağa çalışır. Yüzlərlə insan qatarın içində qalıb. Səhər saat 3 radələrinə baş verən qəza nəticəsindən 200-dən çox sərnişin xəsarət alıb.

Hadisə Kanpur şəhərinin 100 km-də baş verib.

Hazırda hadisə yerinə yüzlərlə hərbçi və polis, o cümlədən, 30-dan çox tibbi yardım maşını cəlb olunub.

Hökumət ölüm sayının arta biləcəyini bildirir.

Qəzaya nəyin səbəb olduğu hələ bəlli deyil.

Ölkənin baş naziri Narenda Modi deyib, faciə elə həddədir ki, onu “sözlə ifadə etmək mümkün deyil”.

Dəmir yolları naziri Sureş Prabki bildirib ki, olayla bağlı məsuliyyəti olanlar barədə ciddi ölçü götürüləcək.

XS
SM
MD
LG