Accessibility links

Hindistanda siklon baş verib


Hindistanın cənub-şərqindəki Kerala və Tamil Nadu əyalətlərindən sonra indi də Lakşvadip adalarında Okçi siklonu baş verib. Nəticədə təxminən 14 nəfərin öldüyü, bir çox balıqçının isə dənizdə ilişib qaldığı güman edilir.

Rəsmilərin bildiridiyinə görə, Milli Fəlakətin İdarəsi, Hindistanın Sahil Təhlükəsizlik Xidməti və Dəniz Donanması 223 balıqçını xilas edib və siklonun olduğu ərazilərdəki minlərlə insanı evakuasiya edib. Əməliyyatlar şənbə günü də davam edib.

Yeli medianın verdiyi məlumata görə, baş nazir Narendta Modi Tamil Nadunun baş naziri ilə danışıb və ona dəstək əməliyyatları və lazımı maddi yardımın veriləcəyini bildirib.

Hindistan Metereoloji Departamentinin direktörü S. Sudevan Okçinin 48 saat ərzində şimala Mumbay və Qucarata doğru irəliləcəyinin lakin şiddətinin azalacağının gözlənildiyini deyib.

“Küləyin intensivliyi azala bilər”, deyə o bildirib və dalğaların 3-5 metr yüksəkliyində olacağı gözlənildiyi üçün balıqçılara bir neçə gün ərzində dənizə açılmamaq barədə xəbərdarlıq edildiyini əlavə edib.

XS
SM
MD
LG