Accessibility links

Hiperlup sınaqdan keçirilib


Hiperlup sınaqdan keçirilib
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Bu yaxınlarda Hiperlup mühəndisləri yeni vakuum borusuna əsaslanan nəqliyyat sisteminin bir xəyal olmadığını və gələcəkdə reallığa çevrilə biləcəyini sübut etmək üçün mühüm bir addım atıb.

Bu, bizə sensasiya kimi görünməyə bilər, amma ekspertlər deyir ki, burda gördüyünüz kimi, hiperlupun təkərlərinin relslərdən qalxması böyük bir irəliləyişdir.

“Biz tarix yazdıq. Bu sitem insanları və yükü daha öncə olmadığı qədər sürətli nəql edəcək. Bu həm də dünyada bir çox şeyi fundamental olaraq dəyişəcək. Nəqliyyat daha təhlükəsiz və sürətti olacaq. Dünya yenidən bir kəndə çevriləcək”, deyə Hyperloop One-dan Şervin Pişəvər bildirir.

Hiperlup saatda 1200 kilometr sürətlə hərəkət edəcək.

Hələ ki, onun sürəti bundan çox aşağı olsa da, hiperlupun tərtibatçıları deyir ki, bu sınaq, onların tərtib etdikləri konsepsiyanın işlədiyinin sübutudur.

“Arxamızda gördüyünüz ilk tam miqyaslı hiperlupdur. Biz artıq onu dünyaya göstəririk. Biz borunun içində yerdən təxminən 61 min metr göydə olduğu kimi tam bir vakuum yaratmışıq. Hiperlupun özünün ötürmə sistemi və levitasiyası var. Biz hiperlupu reallığa çevrimişik”, Pişəvər deyir.

Bir çox insan bu ideyanı tənqid edir. Amma hər uğurlu sınaq dünyanı hazırkı nəqliyyat sistemində baş verəcək dəyişikliyə daha da yaxınlaşdırır.

“Bizim levitasiya və idarəetmə xidmətlərimiz var. Levitasiya da, idarəetmə də maqnetikdir. Bizdə elektromaqnitli ötürmə sistemi də var, ki bu, qatarı borunun içində hərəkətə gətirən təmassız elektromqanitli ötürmə sistemidir. Bizim borumuz da var. Boru vakuum mühiti yaradır və bu, qatarın borunun içində uçmasına yardım edir”, Hyperloop One-dan Coş Qiql bildirir.

Ən son keçirilən sınaqda hiperlup saatda 113 kilometrə çatıb. Növbəti sınaqda isə alimlər bu sürəti saatda 400 kilometrə çıxarmağa çalışacaqlar.

XS
SM
MD
LG