Accessibility links

Hirkan Milli Parkı yenidən yanır


yanğın
yanğın

Parkda son yanğın iyulun 23-də söndürülmüşdü

Lənkəran rayonunda (Bakıdan 272 kilometr cənub), Hirkan Milli Parkında yenidən yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının nə qədər ərazini əhatə etdiyi barədə məlumat verilmir.

Xatırladaq ki, Hirkan Milli Parkında son yanğın iyulun 23-də söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Milli Parkda 2,5 hektar əraziyə ziyan dəyib. Nazirlik yenidən alovlanma ehtimalını nəzərə alaraq yanğına məruz qalmış əraziləri nəzarətə götürdüyünü bildirib.

XS
SM
MD
LG