Fələstinin yaraqlı Həmas qrupu qanunvericilərindən birinin İsrail əsgərləri tərəfindən saxlandığını bildirib. Həmas rəsmiləri Hatəm Qufişinin bu gün onun Qərb Sahilindəki evində keçirilən reyd zamanı həbs edildiyini bildiriblər. İsrail hərbi qüvvələri isə bu barədə açıqlama verməyib. Cənab Qufişe 2006-cı il İsrail əsgəri Gilad Şalid oğurlanmasından sonra və bundan əvvəl də bir neçə dəfə həbs edilmişdi. Bu arada İsrail Həmasla Şalitin azad ediləməsi ilə bağlı danışıqları bərpa edildiyini bildirib.
Sülh danışıqlarının dalana dirənməsi İsrail prezidenti Şimon Peresin Dünya İqtisadiyyat Forumu keçirilən Mərakeşə səfərini təxirə salmasına səbəb olub.