Əfqanıstan prezidenti Həmid Karzay 2014-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra hakimiyyəti tərk edəcəyini bildirib. ABŞ-ın müdafiə naziri Robert Geyts Senatda ifadə verərkən Karzayın planını onunla bölüşdüyünü deyib. Nazir Karzayın ABŞ-ın bəzən onun narahatlıqlarına lazımi cavab verməməsinə baxmayaraq belə, onun Amerika ilə uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirib.Müdafiə naziri bildirib ki, Əfqanıstan lideri Amerikanın Əfqanıstandakı strategiyası və rolunun mühümlüyünü yaxşı dərk edir.
Həmid Karzay 2014-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra hakimiyyəti tərk edəcək
- Amerikanın səsi