İranın ali ruhani rəhbəri və minlərlə insan bu gün Suriyada İnqilab Qvardiyasının İŞİD tərəfindən bası kəsilərək öldürülən 25 yaşlı Möhsen Hocacının matəmini saxlayır.
Ayətullah Əli Xameneyi Hocacının İran bayrağına bükülmüş cənazısi önündə dua edib, mərhumun tabutu üzərinə çiçəklər qoyulub.
Əsgərlər də daxil edilməklə, hamı para geyimdə olub. Hocacının ölümü Məhərrəm ayına təsadüf etdiyi üçün insanlar əllərində qara bayraqlar tutub.
Mərasimə hazırkı və sabiq hökumət rəsmiləri də qatılıb. Parlamentin keçmiş spikeri Əli Larijani və keçmiş prezident Mahmud Əhmədinejad mərasim iştirakçıları arasında olub.
Siyasətçilər İŞİD-in yaranmasına görə İsrail və ABŞ-ı günahlandırıb.
Auditoriyadan "İsrailə ölüm” və “Məhv olsun ABŞ” şüarları səsləndirilib.
Ruhani Əli Reza Pahanhian deyib ki, biz Hocacının qanını yerdə qoymayacaq, İsrail məhv edilməyənədək rahat olmayacağıq. O, Hocacının başına and içərək, İsrail liderlərinin də başının kəsiləcəyini bildirib.
Hocacı Suriyada İŞİD əleyhinə mübarizə aparan qvardiya əsgərlərindən biri olub. Suriyada indiyədək 2 mindən artıq adam həyatını itirib. Onların yarıdan çoxu xarici döyüşçülərdir.