Accessibility links

Shutdown - Həmkarlar ittifaqlarının strategiyası


Shutdown - Həmkarlar ittifaqlarının strategiyası
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Bəzi əmək müdafiəçiləri Birləşmiş Ştatlarda ən uzun sürən hökumət bağlanmasına son qoymaq üçün federal işçiləri kütləvi şəkildə xəstə olduqlarını bəyan etmələrinə çağırır. Lakin Birləşmiş Ştatlar hökumətinin 2.1 milyon işçisinin çoxunu təmsil edən həmkarlar ittifaqları bu kimi addımların insanların işdən çıxarılmaları ilə nəticələnməsindən ehtiyat edir.

Qanunvericilərə ya hökumətin bağlanmasına son qoymaq, ya da 2020-ci il seçkilərində bunun nəticələri ilə üzləşəcəkləri çağırışı ilə həmkarlar ittifaqlarının ölkə boyu təşkil etdikləri etiraz aksiyalarından biri də Senat binası qarşısında keçirilib. Hökumət işçisi Frensis Nikols: “Səsvermənin xeyri var. Çünki qarşıdan gələn seçkilər zamanı biz kimin bizim xeyrimizə səs verdiyini yadımızda saxlayacağıq.”

Prezident Donald Trampın sərhəddə divar inşa etmək üçün 5.7 milyard dollar ayrılması tələbinə Konqresdə demokratların qarşı çıxmasının nəticəsi olaraq, dekabr ayından bəri 800 min federal işçi ya işləmir, ya da məcburi olaraq maaşsız işləyir.

İndiyə qədər keçirilən etiraz yürüşləri heç bir nəticə verməyib. Həmkarlar ittifaqlarının hökumətin bağlanmasının əmək qanununa zidd olduğu barədə şikayətləri cavabsız qaldığı bir vaxt, belə görünür məhkəmələr bu siyası mübahisəyə qarışmaq istəmir.

Bəzi əmək müdafiəçiləri federal işçilərin kütləvi şəkildə xəstəliyə görə işə çıxmamaq qərarı verməli və daha sərt addımlar atmalı olduğunu deyir. Corctaun universitetinin professoru Cozef Makkartin: “Burada məsələ bu problemə ictimaiyyətin diqqətini, ən əsas da hökumətin diqqətini cəlb etməkdir.”

Lakin həmkarlar ittifaqları işçilərin işlərini itirə bilmələri qorxusunu nəzərə alaraq, xəstəliyə görə kütləvi şəkildə işə çıxmamaq strategiyasını qəbul etmir. Federal qanuna görə, hökumət işçiləri işi kütləvi şəkildə dayandıra bilməz. Buna baxmayaraq, hökumətin bağlanması aeroportlardakı təhlükəsizlik işçilərinin sayınının 10 faiz azalmasına səbəb olub. Hökumət işçisi Matyu Biqqs: “Gec-tez kütləvi şəkildə "xəstəliyə" ehtiyac qalmayacaq. İnsanların avtomobillərinə benzin doldurmaq və işə getmək üçün pulları olmayacaq.”

Hazırda isə maliyyə ehtiyacındanmı və ya etiraz olaraqmı bəzi hava limanlarında işçilərin azalması gecikmələrə səbəb olub. Bu isə hökumətin bağlanmasına son qoyulması üçün təzyiqlərə gətirib çıxara bilər.

XS
SM
MD
LG