Accessibility links

Hökumət qüvvələri Qəzzafinin istehkamını almaq üzrədir


Hökumət qüvvələri Qəzzafinin istehkamını almaq üzrədir
Hökumət qüvvələri Qəzzafinin istehkamını almaq üzrədir

Liviyanın müvəqqəti hökumət qüvvələri Qəzzafi tərəfdarlarının istehkamı Sirtə son hücum planlaşdırdıqlarını deyirlər. Rəsmilər strateji sahil şəhəri tutulduqdan sonra yeni kabinet təşkil edəcəklərini bildiriblər.

Milli Keçid Şurasının döyüşçüləri dünən Sirt və onun ətrafında əlavə ərazilər, o cümlədən Qəsr Əbu Hadi qəsəbəsini zəbt ediblər. Qəzzafinin 1942-ci ildə burada köçəri çadırında doğulduğu deyilir.

Qırmızı Xaçın konvoyu şiddətli döyüşlər ara verdikdən sonra Sirtə oksigen və başqa tibbi ləvazimatlar gətirib.

Sirtdən qaçan həkimlər şəhərdə xəstələrin dərman çatışmazlığı üzündən öldüklərini xəbər verirlər. Dünənki döyüşlərdə 4 anti-Qəzzafi döyüşçüsü həlak olmu, 39 nəfər yaralanmışdır.

XS
SM
MD
LG